XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

07 İyul 2018 - 10:23

Bakıda orta yaşlı kişi günvurmadan dünyasını dəyişib- Fakt araşdırılır

Bakıda günvurmadan ölüm hadisəsi qeydə alınıb.

“Report” xəbər verir ki, 1971-ci il təvəllüdlü Rövşən Dadaşov Yasamal rayonunda gün vurması nəticəsində özünü pis hiss edərək halsız vəziyyətdə yerə yıxılıb.

Zərərçəkmiş ərazidə xidmət çəkən Yol Patrul Xidmətinin əməkdaşlarının köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Həkimlər onun günvurmadan əziyyət çəkdiyini müəyyən edib. Tibbi müdaxiləyə baxmayaraq, o, dünyasını dəyişib.

Fakt araşdırılır.