Dağıstanın keçmiş Səhiyyə naziri Tanka İbrahimov Mahaçqalada saxlanılıb.
Bu barədə informasiyanı TASS agentliyi yayıb.
Agentlik İbrahimovun evində axtarış aparıldıqdan sonra həbs edildiyini bildirib. Eks-nazir büdcə vəsaitlərinin mənimsənilməsində ittiham edilib.
Qeyd edək ki, İbrahimov 2013-2018-ci illərdə Dağıstan Səhiyyə Nazirliyinə rəhbərlik edib.
Bir neçə gün öncə Dağıstanda Baş nazirin müavini Ramazan Əliyev də həbs edilmişdi/Axar.az.