XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

22 Aprel 2015 - 06:14

“Dələduzluq edən 3 rəhbər şəxs həbs edilib” – Kamran Əliyev

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Abşeron rayonundakı “Sevil” massivində vətəndaşlara vurulmuş ziyanla bağlı açıqlama verib.

Strateq.az Lent.az-a istinadən xəbər verir ki, 2015-ci ilin ilk rübünün yekunlarına dair keçirdiyi mətbuat konfransında K. Əliyev bildirib ki, bu məsələ ilə bağlı cinayət işi ilə əlaqədar 3 nəfər rəhbər şəxs həbsdədir, eyni zamanda Hökməli bələdiyyəsinin sədri məsuliyyətə cəlb olunub: “Əvvəlcə onun barəsində həbs qətimkan tədbiri seçilmişdi, daha sonra isə həmin şəxsin səhhətindəki problemlə bağlı qərar dəyişdirildi. ümumilikdə 5 nəfər məsuliyyətə cəlb edilib və cinayət işinin istintaqı yekunlaşmaq üzrədir. Sevil massivindən mülk alan 1139 nəfərə dəymiş ziyan artıq ödətdirilib”.