XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 July 2018 - 18:42

Dato Ağcabədinski Ukraynada saxlanıldı –"Qanuni oğru" ölkədən deportasiya edildi

Ukraynanın Lvov vilayətinin polis əməkdaşları kriminal aləmdə “Dato Ağcabədinski” kimi tanınan azərbaycanlı “qanuni oğlu”nu saxlayıblar.

Yerli mətbuatın xəbərinə görə, 43 yaşlı Azərbaycan vətəndaşı Məmmədov Cəmil İntizar oğlu artıq Ukrayna ərazisindən çıxarılıb və onun ölkəyə girişinə 5 il müddətinə qadağa qoyulub.

Ukrayna Milli Polisinin məlumatına görə, Dato Ağcabədinski Ukrayna ərazisinə qanunsuz daxil olub. Çünki iki ay bundan əvvəl o, Ukraynaya girişinə 3 il qadağa qoyulmaq şərti ilə ölkədən çıxarılıb/Report.