Göygöl rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Məlumata görə, Gəncə-Daşkəsən avtomobil yolunun “Stansiya Qızılca” ərazisindən keçən hissəsində iki minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.
Yaralılardan üçünün uşaq olduğu bildirilir. Hazırda xəstəxanaya yerləşdirilən yaralıların şəxsiyyətləri müəyyənləşdirilir.
Faktla bağlı araşdırmalara başlanılıb/Report.