XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 July 2018 - 09:26

Yaponiyada leysan yağışlarında ölənlərin sayı 103 nəfərə çatıb –5 milyon adam təxliyyə edilib

 

Yaponiyada leysan yağışlar və torpaq sürüşmələri nəticəsində  ölənlərin sayı 100 nəfəri ötüb.

Bu barədə “Kyodo” agentliyi xəbər verib. Son məlumatlara əsasən, təbii fəlakət nəticəsində 103 nəfər ölüb, 56 nəfər itkin düşmüş hesab edilir.

Ölkənin  19 prefekturasında yaşayan 5 milyona yaxın insana evlərini müvəqqəti tərk etmək tövsiyə olunub. Artıq 30 min nəfər xüsusi təxliyə mərkəzlərinə yerləşdirilib.

Təbii fəlakət nəticəsində nəqliyyatın fəaliyyətində fasilələr yaranıb. Daşqınlarla əlaqədar bir çox sənaye müəssisələri qeyri-müəyyən müddətədək bağlanıb.

Qeyd edək ki, Yaponiyada leysan yağışlar “Prapirun” qasırğasının təsiri nəticəsində meydana gəlib. (APA)