XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

09 İyul 2018 - 10:22

Ötən 2 gündə ölkədə 175 cinayət törədilib –Axtarışda olan 17 nəfər tutulub (DİN)

 

İyul ayının 7-dan 9-dək daxili işlər orqanlarında respublikanın daxili işlər orqanları tərəfindən 175 cinayət faktı qeydə alınıb.

Bu barədə Strateq.az-a  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Baş verən cinayətlərin 21-i “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub, axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 11 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.