XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

10 İyul 2018 - 12:03

Paşinyan Karen Karapetyanı da hədəfə aldı –Korrupsiya araşdırmaları başlanıb 

Ermənistan Dövlət Gəlirləri Komitəsinin Əməliyyat-təhlil idarəsiinin rəisi Karen Karapetyan barəsində korrupsiyaya görə araşdırmalara başlanılıb. 

Bunu “Jamanak” qəzeti yazıb.

Məlumata görə, K.Karapetyan həmin vəzifəyə bir müddət əvvəl təyin olunub. Təyinatdan sonra onun adı korrupsiya qalmaqalında hallanmağa başlayıb. Hazırda K.Karapetyan müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılıb. Korrpusiya qalmaqalı ilə bağlı araşdırmalar aparılır. Onun barəsində cinayət işinin başlanacağı istisna edilmir.

Bundan əvvəl K.Karapetyan Kentron rayonunun vergilər idarəsinin rəisi vəzifəsində işləyib. Məlumata əsasən, korrupsiyaya ən çox bulaşmış K.Karapetyan Ermənistan polisinin başçısı Valeri Osipyanın “xaç atası”dır/Report.