XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

10 İyul 2018 - 15:17

Hakim keçmiş MTN zabitinə hökm oxudu –Dələduzluq cinayəti ilə bağlı proses yekunlaşdı

Bakı Ağır Cinayətlər Məhkəməsindən dələduzluqda təqsirləndirilən keçmiş MTN zabiti Elçin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Strateq.az  xəbər verir ki, cinyət işi hakim Rasim Sadıqovun sədrlik etdiyi kollegiyanın icraatındadır.
Prosesdə çıxış edən vəkil hökm çıxarılarkən E.Əhmədov barəsində həbslə bağlı olmayan cəza verilməsini tələb edib.
Keçmiş MTN zabiti son sözündə vəkilləri ilə razı olduğunu deyib.
Müşavirədən sonra hökm elan edilib. Hakimlər kollegiyasınım hökmünə əsasən, Elçin Əhmədov 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, prokuror çıxışında E. Əhmədovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
E. Əhmədov vətəndaşlara dövlət orqanlarında işə düzəldəcəyi vədini verərək, onların ümumilikdə 50 min manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.
O, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin zabiti olub. Sonradan işdən çıxarılıb.