XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

10 İyul 2018 - 20:16

Bakıda “Təcili yardım” maşını qəzaya düşüb –Yaralılar var

Bakıda “Təcili yardım” maşını qəzaya düşüb.

Report-un xəbərinə görə, Nərimanov rayonunda 8 saylı Təcili Tibbi Yardım Stansiyasına məxsus “Mersedes” markalı “Təcili yardım” maşını ilə “Daevoo” markalı avtomobil toqquşub. Nəticədə “Təcili yardım” maşınında olan həkim Fidan Rəcəbova və tibb bacısı Gülnarə Hüseynova, həmçinin “Daevoo”nun sərnişini BƏƏ vətəndaşı 1950-ci il təvəllüdlü Bosaid Salima xəsarət alaraq xəstəxanaya yerləşdırılıblər.

Faktla bağlı araşdırma aparılır.