XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

10 İyul 2018 - 20:32

Masallıda faciə –Qadın, oğlu və qardaşı oğlu göldə boğularaq ölüb

Masallı rayonunda üç nəfər göldə boğulub.

Hadisə rayonun Miyənkü kəndi ərazisində baş verib.

Boğulan şəxslərin hər üçü Miyənkü kənd sakinləridir. Onlar 1981-ci il təvəllüdlü Kərimova Vüsalə Sabir qızı, onun oğlu, 2007-ci il təvəllüdlü Kərimov Elmar İlqar oğlu və qardaşı oğlu, 2009-cu il təvəllüdlü Zamanov Hüseyn Şəmkir oğludur.

Meyitlər sudan çıxarılaraq ailə üzvlərinə təhvil verilib.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçiriblər. Rayon Prokurorluğunda araşdırmalara başlanılıb/Report.