XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 İyul 2018 - 17:03

Masallıda mikroavtobus minik maşını ilə toqquşub- 11 nəfər xəsarət alıb

Masallı rayonun Xıl kəndində “Ford” markalı sərnişin mikroavtobusu ilə “Hundai” markalı minik maşınının toqquşması nəticəsində 11 nəfər xəsarət alıb.

APA-nın cənub bürosunun məlumatına görə, onlar Rusiya vətəndaşları – 1992-ci il təvəllüdlü Günay Asfarova, 2017-ci il təvəllüdlü Rubina Teymur qızı Asfarova, Bakı şəhər sakinləri – 2006-cı il təvəllüdlü Lalə Cabir qızı Zeynalova, 1977-ci il təvəllüdlü Nərmin Rauf qızı Babayeva, 1946-cı il təvəllüdlü Rubina Şirzad qızı Bayramova, Lənkəran rayon sakiniləri – 1982-ci il təvəllüdlü Ağayar Gülməmməd oğlu Ağayev, 1981-ci il təvəllüdlü Nuranə Cabir qızı Qəhrəmanova, 1967-ci il təvəllüdlü Tünzalə Məzahir qızı Şükürova, 1959-cu il təvəllüdlü Məlahət İsmayıl qızı Məmmədova, Neftçala rayon sakini, 1982-ci il təvəllüdlü Ceyhun Şakir oğlu Hüseynli, Qax rayon sakini, 1982-ci il təvəllüdlü Nəzir İsmayıl oğlu Musayevdir.

Xəsarət alanlar Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan bəzilərinin vəziyyəti orta-ağır qiymətləndirilir.