Abşeron rayonunun Novxanı çimərliyi istiqamətində (nəzarətsiz ərazidə) ötən gün batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü Şabıyev Cabir Bəhruz oğlunun axtarışları başa çatıb.
FHN-dən Trend-ə verilən məlumata görə, C.Şabıyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.