XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

12 İyul 2018 - 11:34

Azərbaycanda FETÖ üzvü ittihamı ilə həbs edilən şəxs azadlığa buraxıldı –Məhkəmə zalından

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə axtarışda olan İsa Özdəmirin öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyinin təqdimatı üzrə məhkəmə iclası başa çatıb.

Strateq.az “Report”a istinadən bildirir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, nazirliyin təqdimatı təmin edilməyib. İ.Özdəmir məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, İsa Özmedir Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvü olmaqda ittiham edilir. O, 1993-cü ildən Azərbaycanda yaşayıb. Lakin Türkiyə tərəfi onun barəsində axtarış elan edib. O, Bakıda saxlanılıb. Türkiyə tərəfini onun ölkəsinə təhvil verilməsini tələb edib.