XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

12 İyul 2018 - 12:23

“Poroşok”un içindən psixotrop maddələr çıxdı –Gömrükdə əməliyyat

Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan piyada gələn Azərbaycan vətəndaşının əl yükü rentgen aparatıyla yoxlanılarkən monitorda şübhəli cizgilər görünüb.

Strateq.az DGK-ya istinadən xəbər verir ki, bu səbəbdən həmin yükə təkrar baxış keçirilib:

“Nəticədə, vətəndaşa məxsus yuyucu toz qutusunda ümumi sayı 170 ədəd paketdə olmaqla, xalis çəkisi 183,652 qram təşkil edən metamfetamin və 1 ədəd kolba aşkar olunub.

Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na daxildir”.

Faktla bağlı araşdırma aparılır.