XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 July 2018 - 08:56

Ötən gün ölkədə 82 cinayət törədilib –10 nəfər şübhəli şəxs saxlanılıb

 

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 82 cinayət faktı qeydə alınıb, onların da 8-i “isti izlər”lə açılıb.

Bu barədə DİN mətbuat xidmətindən Strateq.az-a məlumat verilib. Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 21 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb.