XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 İyul 2018 - 22:11

Xəzərin Lənkəran sahilində iki nəfər boğulub- FOTO

Hadisə axşam saatlarında Lənkəran şəhəri ərazisindəki çimərliklərdən birində baş verib.

“Report”un Cənub bürosunun verdiyi xəbərə görə, 23 yaşlı Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi 56 ünvanda yaşayan Aslanov Şəmsəddin Rahim oğlu və digər dostu Babazadə Ruhid Əzizağa oğlu dənizdə çimərkən batıb.

Hadisə yerində olan digər iki dost ətrafdakılara xəbər verib. İlkin olaraq Rahim Aslanovun cansız bədəni aşkar olunaraq sudan çıxarılıb. Digərinin axtarışları isə FHN dalğıcları tərəfindən axtarılır. Ş.Aslanovun meyidi morqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.