XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 July 2018 - 22:17

17 yaşlı oğlan kanalda boğulub- Ağcabədidə

Ağcabədidə gənc oğlan kanalda boğulub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Yuxarı Qarabağ su kanalının Ağcabədi rayonu ərazisindən keçən hissəsində 17 yaşlı oğlan batıb. Ağcabədi rayonun Təzəkənd kəndində yaşayan Ağdamdan məcburi köçkün Yaqubov Elgün Vüqar oğlu kanalda çimərkən boğulub.

FHN-in dalğıc-xilasediciləri tərəfindən həmin şəxsin axtarışlarına başlanılıb.