XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 July 2018 - 23:54

Kürdəmirdə ağır yol qəzası baş verib –2 nəfər ölüb, 3-ü yaralanıb

Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Sorsor kəndi ərazisindən keçən hissəsində baş verən ağır yol qəzasında 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Məlumata görə, “Mercedes” markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində İmişli rayon sakinləri – 1997-ci il təvəllüdlü Abbasov Mirdamət Cami oğlu və 1935-ci il təvəllüdlü Rəhimova Naibə Kərim qızı hadisə yerində ölüb.

Bundan başqa, İmişli rayon sakinləri – 1965-ci il təvəllüdlü Abbasov Cami Cavad oğlu, 1971-ci il təvəllüdlü Abbasova Ülkər Akif qızı və 1976-cı il təvəllüdlü Abbasova Ləman Şamil qızı yaralanıblar. Onların vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Yaralılardan birinin vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır/Report