XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 July 2018 - 11:51

Türkiyədə PKK-ya qarşı əməliyyat:3 polis yaralandı, 2 terrorçu məhv edildi

Türkiyənin Van bölgəsində terakt törətməyə hazırlaşan 2 terrorçunun zərərsizləşdirilməsi istiqamətində əməliyyat keçirilib.

Daxil olmuş kəşfiyyat məlumatı əsasında əməliyyata başlayan polis xüsusi təyinatlıları terrorçuların qaldığı evi mühasirəyə alıb.

Polisin təslim olmaqla bağlı tələbinə məhəl qoymayan terrorçular əl qumbarası atıb. Daha sonra təhlükəsizlik orqanları ilə terrorçular arasında şiddətli atışma baş verib. Atışma zamanı 2 terrorçu məhv edilib, biri ağır vəziyyətdə olmaqla, 3 polis xüsusi təyinatlısı yaralanıb/Axar.az.