XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

15 İyul 2018 - 17:24

“Riyad” ticarət mərkəzində yanğın olub –İki nəfər xəsarət alıb

Fövqəladə Hallar Nazirliyi Abşeron rayonunun Xırdalan şəhərində yerləşən “Riyad” ticarət mərkəzində baş vermiş yanğınla bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə zamanı ticarət mərkəzi ərazisində yerləşən mağazanın alkopandan ibarət üzlüyü 340 m² sahədə və qapısı yanıb.

Yanğın zamanı 2 nəfər yüngül yanıq xəsarəti alıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.