XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 July 2018 - 20:07

Ər arvadını bıçaqladı –Tovuzda

Tovuzda qadın bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 

APA-nın Qərb bürosunun verdiyi məlumiata görə, rayonun Avaztəpə kənd sakini 1958-ci il təvəllüdlü Lətifə İsmayılova bədəninin müxtəlif nahiyələrində bıçaq yaraları ilə xəstəxanaya çatdırılıb.

L. İsmayılovaya tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, L.  İsmayılova ailə münaqişəsi zəmnində həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.