XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

16 İyul 2018 - 09:40

Ötən iki gün ərzində ölkədə 177 cinayət törədilib –27 cinayət  “isti izlər”lə açılıb (DİN)

İyulun 14-dən 16-dək respublikanın daxili işlər orqanları tərəfindən ərzində 177 cinayət faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  Strateq.az-a  verilən məlumata görə, onların 27-si “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 11 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 7 nəfər ölmüş, 22 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.