XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 July 2018 - 09:27

20 yaşlı qız 17 yaşlı qardaşını qətlə yetirib –Gədəbəydə

Gədəbəy rayonunda 17 yaşlı oğlan bacısı tərəfindən bıçaqlanaraq öldürülüb.

Hadisə rayonun Slavyanka kəndində baş verib.

Kənd sakini, 2001-ci il təvəllüdlü Alıyev Samir Sübhan oğlu boğazından bıçaqlanaraq ölüb. Yaxınları 17 yaşlı oğlanın bədbəxt hadisə zamanı öldüyünü bildirib.

Məlumata görə, S.Alıyevin bacısı, 1998-ci il təvəllüdlü Sevinc Sübhan qızı Alıyeva əlində olan bıçaqla ehtiyyatsızlıqdan qardaşının boğazına vurub. Bıçaq 17 yaşlı qardaşının boğazına girərək şah damarını kəsib.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır/Report.