XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

17 İyul 2018 - 17:45

Kürdəmirdə “Daewoo” aşıb, üç nəfər xəsarət alıb –VİDEO

Kürdəmir rayonunda yol qəzası baş verib.

Hadisə Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonunun Sığırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Daewoo” markalı minik avtomobili idarəetməni itirərək aşıb. Nəticədə sürücü və sərnişinləri (azı üç nəfər) müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Kürdəmir rayonunda minikavtomobiliyoldançıxaraq su kanalına aşıb.

Yaralıar – 1988-ci il təvəllüdlü Əliyev Pərviz Sakit oğlu, 1964-cü il təvəllüdlü Əliyeva Nazilə Qəni qızı və 1989-cu il təvəllüdlü Əliyeva Nurlana Arzu qızı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Sürücünün xəsarəti yüngül olduğundan ambulator müayinə edilib.

Faktla bağlı araşdırma aparılır/Report.