XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

17 İyul 2018 - 22:10

Gürcüstanda iki sabiq nazir istintaqa cəlb olundu –Korrupsiya ittihamı

Gürcüstanın keçmiş iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili, habelə keçmiş regional inkişaf və infrastruktur naziri Zurab Alavidze istintaqa cəlb olunub.

Bu barədə Gürcüstanın Baş prokurorluğundan bildirilib.

Məlumata əsasən, sabiq nazirlər vəzifələrindən sui-istifadə, böyük həcmdə dövlət vəsaitlərinin qanunsuz mənimsənilməsi faktı ilə bağlı Baş prokurorluqda sorğu-sual olunub.

Qeyd edək ki, D. Kumsişvili 2015-ci ilin sentyabrından 2018-ci ilin iyununa qədər Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri olub. Z. Alavidze isə 2016-cı ilin noyabrından 2018-ci ilin martına qədər regional inkişaf və infrastruktur naziri vəzifəsini tutub/APA.