XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

18 İyul 2018 - 18:35

Xəzərdə 58 yaşlı kişi boğulub- FHN

Xəzər dənizində 58 yaşlı kişi boğulub.

Fövqəladə Hallar Nazirliyindən “Report”a verilən məlumata görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda dənizdə bir nəfərin batması barədə məlumat daxil olub.

1960-cı il təvəllüdlü Hüseynov Tərlanın meyiti hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.