XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

19 İyul 2018 - 14:57

“İdeal-V” tikinti şirkətinin direktoru və təsisçisinə ağır cəza verildi –Məhkəmə prosesi

Bakıda dələduzluq etməkdə təqsirli bilinən “İdeal-V” tikinti şirkətinin direktoru Çingiz Məmmədov, şirkətin təsisçisi və faktiki rəhbəri İsa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

İsa Məmmədov 11 il, Çingiz Məmmədov 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarədə aparılan istintaq zamanı “İdeal-V” tikinti şirkətinin direktoru Çingiz Məmmədovun şirkətin təsisçisi və faktiki rəhbəri İsa Məmmədovla qabaqcadan cinayət əlaqələrinə girmələri, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etmələri, cəmiyyət tərəfindən Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa olunmuş çoxmərtəbəli yaşayış binasında mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satmaları müəyyən edilib.

Onlar 3 milyon 206 min 310 manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçiriblər.

Hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ittiham elan edilib.