XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 İyul 2018 - 16:46

Bakıda qətl törədən şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib –Məhkəmə hökmü

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmədə təqsirləndirilən Sabit Bağırovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında S.Bağırovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin may ayında Nizami rayonunda kafelərdən birinin qarşısında baş verib.

Belə ki, Bakının Nizami rayonu Babək prospektindəki kafelərdən birinin qarşısında Ağsu sakini Sabit Bağırov mübahisə zəminində tanışı Bakı şəhər sakini Valeh Heydərova bıçaqla xəsarət yetirib. Xəstəxanaya aparılan V.Heydərov yolda dünyasını dəyişib.

Hadisədən sonra Nizami rayon 23-cü Polis Bölməsinin əməkdaşları S.Bağırovu saxlayaraq istintaqa təhvil veriblər/Report.