XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

20 İyul 2018 - 12:31

Braziliyada evə silahlı hücum –7 nəfər öldürülüb

 

Braziliyanın Portu-Alerqi şəhərində evə edilən silahlı hücum nəticəsində 7 nəfər qətlə yetirilib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, hadisənin şahidləri silahlı şəxslərin evin sakinlərini atəşə tutub qaçdıqlarını deyiblər. Polisin məlumatına görə, evdə altı nəfərin cəsədi tapılıb, xəstəxanaya aparılan iki nəfərdən biri ölüb, digərinin vəziyyəti isə ağırdır.

Hadisə ilə bağlı araşdırma aparılır.