Almaniyanın Lübek şəhərində bıçaqla silahlanmış naməlum şəxs avtobusun sərnişinlərinə hücum edib.
“Report” Britaniya KİV-inə istinadən xəbər verir ki, hücum nəticəsində bir nəfər ölüb, 14 nəfər yaralanıb.
Yaralılardan ikisinin vəziyyəti ağırdır. Polis hazırda cinayətin motivlərini aydınlaşdırır.