Şəhərin Nizami və Xətai rayonlarının bəzi ərazilərində işıqlar sönüb.
“Azerişıq” mətbuat xidmətindən (Tanrıverdi Mustafayev) musavat.com-a məlumat veriblər ki, buna səbəb Mərdəkandakı DRES-də baş verən nasazlıqdır. Qəzetin redaksiyasının yerləşdiyi ərazi də qəzanın əhatə dairəsinə düşüb və hazırda generatorla işləyir.
Rəsmilər bildirir ki, ən qısa zamanda problem həllini tapacaq.