XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

22 İyul 2018 - 09:41

Texasda təyyarə qəzaya uğradı –Bütün sərnişinlər sağ qaldı

ABŞ-ın Texas ştatında kiçik “Douglas DC-3” təyyarəsi qəzaya uğrayıb.

Trend-in Fox News teleşirkətinə istinadən verdiyi məlumata əsasən, təyyarə havaya qalxarkən qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 13 nəfərin hamısı sağ qalıb. Qeyd olunur ki, sərnişinlərdən biri ciddi yanıq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib, daha 7 nəfər isə yüngül zədələr alıb.

Qəzadan sonra hadisə yerində yanğın baş verib, lakin bir neçə dəqiqə sonra yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisənin səbəbləri araşdırılır.