XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 July 2018 - 20:45

Nabranda istirahət mərkəzlərindən birində uşaq itkin düşüb –Axtarış gedir

Nabrandakı istirahət mərkəzlərindən birində 3 yaşlı oğlan itkin düşüb.  

Fövqəladə Hallar Nazirliyinin (FHN) verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu naməlum şəraitdə itkin düşüb. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal Regional Mərkəzinin xilasediciləri, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin şəxsi heyəti, həmçinin xüsusi hazırlıqlı itlər axtarışlara cəlb olunub.

Axtarış işləri meşəlik ərazidə və suda aparılır.

Hadisə ilə bağlı aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.