XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 July 2018 - 20:55

İspaniya 800 miqrantı xilas edib –bu il Şimali Afrikadan 18 min insan gəlib

Son iki gündə ispaniyalı xilasedicilər Aralıq Dənizində Avropa İttifaqına keçmək istəyən təxminən 800 miqrantı xilas edib.

Sahil Təhlükəsizlik xidməti insanları Cəbəllütariq boğazı və Alboran dənizindəki təhlükəli dərəcədə dolu qayıqlardan çıxarıb. Afrika, Suriya, Əfqanıstan və digər ölkələrdəki müharibə və yoxsulluqdan qaçaraq daha yaxşı həyat axtarışında Avropa İttifaqına gələn miqrantlar artıq İtaliya əvəzinə İspaniyaya üz tutur.

İtaliyaya bundan öncə çox sayda miqrant gedib. Ölkənin Liviya ilə əldə etdiyi yeni razılığa əsasən İtaliya sığınacaq ərizələrinə baxmadan, miqrantları geri göndərir. BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı bildirir ki, bu il Şimali Afrikadan İspaniyada 18 min insan gəlib.