XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

23 İyul 2018 - 21:52

Göyçayda meşə massivi yanır

  

Göyçayda “Surxay qalası” adlanan dağlıq ərazidə və meşə sahəsində yanğın başlayıb.

 APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Ərəbcəbirli kəndi ərazisində dağlıq ərazidə başlayan yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay və Ağdaş Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, həmçinin meşə mühafizəçiləri cəlb edilib.

Artıq 2 hektar ərazidə ağaclar, quru ot və kol-kos yanıb. Yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.