XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

24 İyul 2018 - 15:51

Türkiyədə azərbaycanlı qadın güllələnərək öldürüldü –3 uşaq atası olan sevgilisindən evlənmək tələb edirmiş

Türkiyədə həyat yoldaşından boşanmış və 3 övladı olan Azərbaycan əsilli qadın sevgilisi tərəfindən öldürülüb.

Türkiyədə dərc edilən “Vatan” qəzetinin xəbərinə görə, hadisə bu gün yerli vaxtla təxminən saat 8.30-da (Bakı vaxtı ilə 9:30-da) Konya rayonunun Karatay qəsəbəsində baş verib.

Azərbaycan əsilli, 50 yaşlı Sahibə Yükselir dünən 4 ildir birlikdə olduğu 46 yaşlı, evli sevgilisi Rahim A.-nın iş yerinə gəlib. İddiaya görə, S.Yükselir sevgilisindən onunla evlənəcəyi barədə vədini yerinə yetirməsini istəyib. Onlar arasında mübahisə yaranıb və hadisə yerinə polis gəlib. Ancaq tərəflər bir-birindən şikayətləri olmadığını bildirərək barışıblar.

 

Bu gün səhər isə Rahim A. avtomobili ilə iş yerinə gedərkən avtomobildə olan Sahibəyə tapançadan 8 dəfə atəş açıb və onu avtomobildən yerə ataraq hadisə yerindən qaçıb. Ətrafdakılar tərəfindən xəstəxanaya yerləşdirilən qadın həkimlərin səyinə baxmayaraq, həyatını itirib.

Polis hadisə yerindən qaçan Rahim A.-nın saxlanılması üçün axtarışlara başlayıb.

(virtualaz.org)