XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 July 2018 - 18:47

Xəzərdə batan 4 nəfərin meyiti tapılıb- FHN

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonunun Nabran qəsəbəsində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 2000 metr aralı, nəzarətsiz ərazi) 4 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən Trend-ə verilən məlumata görə, Qocayeva Aysel Əfqan qızının meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib. Dalğıc-axtarış qrupu hadisə yerinə çatana kimi Qocayeva Kamilə İkram qızının, Dadaşova Ruhiyyə Eyvaz qızının və Dadaşov İkram Məmmədyar oğlunun meyitləri vətəndaşlar tərəfindən sudan çıxarılıb.