XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

25 İyul 2018 - 19:05

Bakı sakini özünü asıb- Qazaxda

Qazax rayonunda Bakı sakini özünü asaraq intihar edib.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qaymaqlı kəndində baş verib.

Belə ki, Bakı şəhər qeydiyatında olan Osmanov Musa Xəlil oğlu (1953) Qazax rayon Qaymaqlı kəndində yaşayan əmisi evində özünü asaraq intihar edib. Xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilən M.Osmanov intihardan əvvəl məktub yazıb. O, məktubunda xəstəlikdən ciddi əziyyət çəkdiyini və kimsəyə yük olmaq istəmədiyini yazıb.

Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, M.Osmanov ailəli olub və 2 övladı var.