XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

26 İyul 2018 - 12:35

Azərbaycanın sərhədini pozan İran vətəndaşları saxlanıldı –DSX tərəfindən

Xəzərdə Azərbaycanın sərhədini pozan İran vətəndaşları saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən Strateq.az-a verilən məlumata görə, iyulun 24-də saat 23:30 radələrində Xəzər dənizinin Azər­baycana mənsub olan bölməsinin cənub isitiqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən İran İslam Res­­publikası tərəfdən Azərbaycanın dövlət sərhədini pozaraq şimal isitiqamətində sürətlə hərəkət edən hədəf aşkar olunub:

“Sərhəd gözətçi gəmisi tərəfindən hədəfin saxlanılması üçün təxirə­salın­maz tədbirlər həyata keçiril­ib, hədəfin “Yamaha-200” mühərrikli “Layner” tipli qayıq olması müəyyən edilərək 3 saat ərzində təqib edilib və saat 02:45 radələrində Lənkəran rayonunun Nərimanabad qəsəbəsi istiqa­mə­tində saxla­nılıb.

Saxlanılmış qayığa və qayıqda olan İran İslam və­tən­daşları – 1989-cu il təvəllüdlü Ramazani Omid Nirəc və Rəhimpur Rza Beh­rac oğlunun üzərinə baxış zamanı 1 kiloqram tiryəkə oxşar maddə, 1 ədəd 12 kalibrlik “Maqnum” markalı beşaçılan tüfəng, 3 ədəd patron və 1 ədəd bıçaq aşkar edilib”.

Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Azər­baycan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.