XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 July 2018 - 09:45

Meksikada Türkiyə səfirliyinin katibi itkin düşüb –25 gün əvvəl yoxa çıxıb

 

Meksikada Türkiyə səfirliyinin katibi itkin düşüb. Diplomatın itkin düşməsi ilə bağlı ölkənin Baş Prokurorluğu araşdırmalara başlayıb. 

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Baş Prokurorluğun məlumatında bildirilir.

Milliyyətcə türk olan 29 yaşlı qadının iyulun 2-dən itkin düşdüyü bildirilsə də, səfirliyin müşaviri məsələ ilə bağlı yerli hüquq-mühafizə orqanlarına yalnız iyulun 25-də müraciət edib.

İtkin düşən qadın səfirlikdə ikinci katib vəzifəsində çalışıb.