XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

27 İyul 2018 - 15:57

Göyçayda güclü yanğın –150 hektar sahədə quru ot və ağaclar yanıb

 

Göyçayda güclü yanğın baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün günorta saatlarında rayonun Bığır kəndi ərazisində başlayan yanğın qısa vaxtda geniş ərazini əhatə edib.

Hadisə zamanı 150 hektar sahədə quru ot, xırda ağaclar və kol-kos yanıb. Əraziyə FHN-in Göyçay, İsmayıllı, Ağsu, Ucar və Ağdaş rayonlarının Yanğından Mühafizə Hissələrinin 8 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlər “Gilan Holdinq”ə məxsus 110 hektar nar bağını və Bığır kənd sakinlərinə məxsus fərdi yaşayış evlərini alovdan mühafizə ediblər. Hazırda yanğın davam edir.

Alovun qarşısının alınması üçün tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.