XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

28 İyul 2018 - 11:04

Xaçmazda ağır yol qəzası:2 nəfər ölüb, 3 nəfər yaralanıb

Xaçmaz rayonu Muxtadır qəsəbəsi ərazisində 2 avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

“Report”un yerli bürosunun verdiyi məlumata görə, ölən şəxslər Qusar rayon Kuzunqışlaq kənd sakinləri 1980-ci il təvəllüdlü Sərkərov Simran Rasim oğlu və 1988-ci il təvəllüdlü Balayev Vadim Nurbaba oğludur.

Yaralılar isə Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Əlirzayev Müşfiq Nizami oğlu, Qusar rayon Kuzunqışlaq kənd sakinləri 1987-ci il təvəllüdlü Mustafayev Qorxmaz Şövkət oğlu və Babayev Nəcəf Akif oğludur.

Xəsarət alanlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və hər üçünə qapalı kəllə-beyin travması, baş-beyinin silkələnməsi diaqnozu qoyulub. Həkimlər onların əziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.