XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

28 İyul 2018 - 14:46

Oğul atasını öldürüb, ögey anasını yaralayıb- Ağcabədidə

Ağcabədidə qətl törədilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatagörə, iyulun 27-də Ağcabədi rayon sakini Mirzəxan Baxşəliyev yaşadığı Qaradolaq kəndi ərazisindəki “Ağgöl” adlanan fermanın həyətində idarə etdiyi “Niva” markalı avtomobillə qəsdən atası Musa Baxşəliyevi və ögey anası Dilarə Baxşəliyevanı vurub, könüllü olaraq polisə gəlib.

M.Baxşəliyev hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş D. Baxşəliyevanın vəziyyəti orta-ağırdır.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.