XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

28 İyul 2018 - 16:16

Bakı-Qazax yolunda avtomobil aşıb- 3 nəfər xəsarət alıb

Ucarda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün günorta saatlarında Bakı-Qazax yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Şəlalə Ramil qızı Quliyeva idarə etdiyi “Kia Rio” markalı minik avtomobili ilə hərəkətdə olarkən əvvəlcə qarşısına çıxan inəyi vurub. Daha sonra idarəetmə itdiyindən avtomobil yoldan çıxaraq aşıb.

Xəsarət alan Ş. Quluyeva Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına, sərnişinləri- 1992-ci il təvəllüdlü Turanə Füzuli qızı Məmmədova və 1991-ci il təvəllüdlü Leyla Ramiz qızı Mirzəzadə müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.