XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 July 2018 - 14:08

26 yaşlı gənc intihar edib- Sumqayıtda

Sumqayıtda 26 yaşlı gənc intihar edib.

“Report”un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Səməd Vurğun küçəsində Ulduz abidəsini yaxınlığında baş verib.

Belə ki, Sumqayıt şəhər sakini 1992-ci il təvəllüdlü Cahangirov Asiman Cavadxan oğlu Ulduz abidəsinin arxasında olan ağaclıqda özünü kəndirlə asaraq öldürüb. Gəncin meyidi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aşkar edilərək, aidiyyatı üzrə təhvil verilib.