XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 July 2018 - 16:52

Sumqayıtda dənizdə batan adamın meyiti tapılıb

Sumqayıtda dənizdə yaşlı kişinin meyidi tapılıb.

“Report”un yerli bürosunun verdiyi məlumata görə, hadisə Xəzər dənizinin Sumqayıt şəhəri ərazisinə düşən hissəsində baş verib.

Belə ki, yaşı təqribən 75 olan kişinin dənizdə batdığı məlum olub. Aparılan təxirəsalınmaz əməliyyat axtarış tədbirləri zamanı həmin kişi tapılaraq sudan çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.

Hazırda həmin şəxsin kimiliyi müəyyən edilir. Faktla bağlı araşdırma aparılır.