XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

30 İyul 2018 - 11:12

Balakəndə 2 tondan artıq çətənə kolu məhv edildi –Polis əməliyyatı

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyəsi, kultivasiyası, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bu barədə DİN mətbuat xidmətinin Şəki regional qrupundan Strateq.az-a verilən məlumata görə, Balakən RPŞ əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Meşəşambul kəndi ərazisində yabanı halda bitmiş çəkisi 2 tondan artıq olan ümumilikdə 3254 ədəd narkotik tərkibli çətənə  bitkisi müəyyən edilərək müvafiq qaydada məhv edilib.