XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

31 İyul 2018 - 10:19

Bakı-Qazax magistralında yol qəzasında ölən və yaralananların adı məlum olub –SİYAHI

Bakı-Qazax magistralında baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananların adı məlum olub. 

Daxili İşlər Nazirliyinin Gəncə şəhər Regional Mətbuat Xidmətindən verilən məlumata görə, iyulun 30-da axşam saatlarında magistralın Göygöl rayonunun Quşqara kənd ərazisindən keçən hissəsində, Şəmkir rayonunun Çinarlı kənd sakini, 1984-cu il təvəllüdlü Elşən Zakir oğlu Nəbiyevin idarə etdiyi “VAZ-21011” markalı avtomobillə, Gədəbəy rayonunun Miskinli kənd sakini, 1994-cu il təvəllüdlü, Günel Osman qızı Allahverdiyevanın idarə etdiyi “Mercedes-190” markalı avtomobil toqquşub.

Nəticədə, “VAZ-21011”-də olan sərnişin, sürücüsünün həyat yoldaşı, Şəmkir rayonunun Çinarlı kənd sakini, 1987-ci il təvəllüdlü Nəbiyeva Ülviyyə Yaşar qızı aldığı müxtəlif bədən xəsarətlərindən hadisə yerində ölüb.

Qeyd edək ki, qəza nəticəsində xəsarət alanlar, Çinarlı kənd sakini, Elşən Zakir oğlu Nəbiyev, 2006-cı il təvəllüdlü Elnurə Elnur qızı Nəbiyeva, 2008-ci il təvəllüdlü, Arifə Elşən qızı Nəbiyeva, onun bacısı 2008-ci iltəvəllüdlü, Ayşən Elşən qızı Nəbiyeva, onun qardaşı 2011-ci il təvəllüdlü Ağa Elşən oğlu Nəbiyev, 2007-ci il təvəllüdlü Vüsal Elnur oğlu Nəbiyev və Elçin adlı şəxslə “Mercedes” markalı avtomobilin sürücüsü, Günel Osman qızı Allahverdiyeva xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır/Report.