XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 July 2018 - 12:55

Kiyevdə Azərbaycan vətəndaşı adam oğurluğu ittihamı ilə həbs olundu –Məhkəmə qərarı

Kiyevdə Azərbaycan vətəndaşı adam oğurluğu ittihamı ilə həbs olunub.

Məlumata görə, Ukrayna paytaxtının Darnitskiy rayon polisi tərəfindən Azərbaycan vətəndaşı, 1971-ci il təvəllüdlü Salman Hidayət oğlu Əsgərov saxlanılıb.

Məhkəmə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edib.

S.Əsgərov çoxsaylı adam oğurluğu və insan alveri maddələri ilə ittiham olunur. O, ittihamla razılaşmır, ciddi hüquqi yardıma ehtiyacı olduğunu bildirir/Report.